"Barselona" klubunun hücumçusu Lionel Messi həftəsonu vuracağı qollarla La Liqa tarixinin ən məhsuldar futbolçusu ola bilər.
Qol.Az-ın məlumatına görə, argentinalı futbolçu növbəti turda qarşılaşacaqları Madrid "Real"ı ilə görüşdə bir qol vuracağı təqdirdə "Atletik" (Bilbao) klubunun sabiq oyunçusu Telmo Sarranın rekordunu təkrarlayacaq.
Aktivində 250 qol vuran Messi "Real"la oyunda dubl edərsə, La Liqa tarixinin ən məhsuldar futbolçusu adını qazanacaq. Lakin ulduz futbolçu "Real" matçda qazanılacaq qələbənin Sarranın rekordunu təkrarlamaqdan daha vacib olduğunu bildirib:
"Ayaks"la oyunda (3:1) qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi etdik. Ancaq bu qələbə hər şey demək deyil. Marafon hələ qabaqdadır. Biz hər oyunda qələbə üçün mübarizə aparırıq. "Real"la oyun da istisna deyil. Bu görüşdə qazanılacaq qələbə, Sarranın rekordunu təkrarlamaqdan daha önəmlidir".
Qeyd edək ki, oktyabrın 25-də keçiriləcək "Real" - "Barselona" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb