Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında təşkil olunan UEFA Gənclər Liqası turnirinin D qrupunda bu gün daha bir oyun keçirilib.
Qol.Az-ın məlumatına görə, İstanbul şəhərindəki Esenyurt İncirtepe stadionunda keçirilən “Qalatasaray” (Türkiyə) - "Borussiya" (Dortmund, Almaniya) matçını Azərbaycanın FİFA referisi Əliyar Ağayev idarə edib.
Ona Rza Məmmədov və Knyaz Əmiraslanov kömək edib. Ümumilikdə beş qolun vurulduğu görüş ərzində Əliyar Ağayev cəmi bir dəfə əlini cibinə atmalı olub. Referimiz matçın 77-ci dəqiqəsində "Borussiya"lı futbolçu Stenzelini sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, "Qalatasaray" - "Borussiya" oyunu 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Bu komandaların əsas heyətləri arasında oyun bu axşam keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Xatırladaq ki, qrupun dünən keçirilən oyununda "Arsenal" səfərdə "Anderlext"ə 3:4 hesabı ilə uduzub.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər