"Kubok matçında çox güc itirə bilməzdik"

"Kubok matçında çox güc itirə bilməzdik"
XƏBƏR 22 Oktyabr 2014 / 17:24 2473
-  A +

“Oyuna yaxşı hazırlaşmışdıq. Kubok oyunlarında ani epizodlar çox şeyi həll edir. Biz qol vurmalı idik. Çünki oyunun əlavə vaxta getməsi bizə sərf etmirdi".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qaradağ Lökbatan" klubunun baş məşqçisi Adil Mahmudov Azərbaycan kubokunun 1/16 finalında qalib gəldikləri "Zirə" ilə oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

A.Mahmudov bu oyunda çox güc itirməməli olduqlarını bildirib: "Qarşıda çətin oyunlarımız var. Çox güc itirə bilməzdik. Komandamın üzvlərini təbrik edirəm. Komandamız yarandığı gündən bu yana çempionluq uğrunda mübarizə aparıb. Biz kubokda güclü rəqiblərlə üz-üzə gəlirik. “Neftçi” ilə görüşəcəyimizə görə şadam. Belə oyunlar bizim üçün təcrübə baxımından çox vacibdir”. 

Qeyd edək ki, "Qaradağ Lökbatan" klubu 1/8 finalda "Neftçi" ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
topaz banner