"Yeni kollektiv qurmuşuq, problemlərimiz var"

XƏBƏR 22 Oktyabr 2014 / 16:45 2294
-  A +

"İlk növbədə rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı oyun oldu".
 
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Lokomotiv" klubunun məşqçisi İlqar Hüseynov Azərbaycan kubokunun 1/16 finalında məğlub olduqları MOİK-lə oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

İ.Hüseynov komandasında problemlərin olduğunu bildirib: "İlk hissədə yaxşı şanslarımız olsa da, yararlana bilmədik. Biz yeni kollektiv qurmuşuq. Çətinliklər, problemlər var. Bunu aradan qaldırmalıyıq. MOİK-ə isə “Qarabağ”la oyunda uğurlar arzu edirəm”. 

Son xəbərlər
16.09.25  16:55

"Roma" Dibalanı itirdi