Azərbaycan kubokunda mövsümün ilk qolu

Azərbaycan kubokunda mövsümün ilk qolu
XƏBƏR 22 Oktyabr 2014 / 14:27 2178
-  A +

Bu gün futbol üzrə Azərbaycan kubokunda yeni mövsümə start verilib.

Qol.Az-ın məlumatına görə, 1/16 final mərhələsinin oyunları çərçivəsində hazırda iki görüş keçirilir.

Artıq mövsümün ilk qolunun müəllifi də müəyyənləşib. "Qaradağ Lökbatan" klubunun futbolçusu Ramil Nuriyev "Zirə" ilə matçın 16-cı dəqiqəsində penaltidən fərqlənməklə mövsümdə ilk qolun müəllifi olub.


Son xəbərlər