"Arsenal"ın qapıçısı üç ay oynamayacaq

"Arsenal"ın qapıçısı üç ay oynamayacaq
XƏBƏR 22 Oktyabr 2014 / 14:23 2575
-  A +

"Arsenal"ın qapıçısı David Aspina üç ay yaşıl meydanlardan uzaq qalacaq.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb kolumbiyalı qolkiperin dizindən zədə almasıdır.

Məlumatı "Arsenal"ın baş məşqçisi Arsen Venger də təsdiqləyib.

Qeyd edək ki, D.Aspina DÇ-2014-də uğurlu oyunundan sonra "Arsenal"a transfer olunub.


Son xəbərlər