“Qəbələ” Futbol Akademiyası mövsümün ilk səfərini gerçəkləşdirməyə hazırlaşır.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 15 yaşlılardan (2000-ci il təvəllüdlü) ibarət komanda oktyabrın 23-dən 26-dək Litvanın paytaxtı Vilnüsdə təşkil olunacaq “Ateitis Cup 2014” beynəlxalq turnirində iştirak edəcək.
Məqsəd komandanın hazırlıq səviyyəsini daha da yaxşılaşdırmaqdır. Mehman Yunusovun başçılıq etdiyi kollektiv Baltikyanı ölkəyə oktyabrın 22-də yola düşüb. Turnirin mükafatı uğrunda “Qəbələ” ilə yanaşı daha 11 komanda da mübarizə aparacaq.
Bu 12 komanda 2 qrupa bölünüb. “Qırmızı-qaralar” B qrupunda “Orbita”, “Minsk” (hər ikisi Belarus), “Dinamo” (Kiyev, Ukrayna), Milli Futbol Akademiyası (Litva) və “Feniks” (Kaunas, Latviya) ilə mübarizə aparacaq. A qrupunda isə “Barselona” Futbol Akademiyası (İspaniya), “Ateitis”(Litva), SHFS (Riqa, Latviya), “Lokomotiv” (Sankt-Peterburq, Rusiya), “Smena”, BATE (hər ikisi Belarus) çıxış edəcək.
“Qəbələ” oktyabrın 24-də keçiriləcək ilk turda “Feniks”lə qarşılaşacaq. Həmin oyun Bakı vaxtı ilə saat 13:50-də başlayacaq. Eyni gündə, saat 16:35-də isə Milli Futbol Akademiyası ilə görüşəcək “qırmızı-qaralar” 18:20-də Kiyev “Dinamo”su ilə görüşəcək. Ertəsi gün belaruslularla üz-üzə gələcək U-15 13:50-də “Minsk”, 19:40-da “Orbita”nı sınağa çəkəcək. Ayın 26-da isə müvafiq yerləri tutan komandalar həlledici matçlarda qüvvəsini sınayacaq.
“Ateitis Cup” turniri müxtəlif yaş qrupları arasında olmaqla hər il keçirilir. Litvaya yollanacaq qrupa akademiyamızın baş məşqçisi Halim Fıçıcı, komandanın baş məşqçisi Mehman Yunusov, qapıçı məşqçisi Sahil Kərimov, eləcə də 20 nəfərlik futbolçu heyəti daxildir: Fərman Bayramov, Sərxan Osmanov, Rüstəm Nuriyev, İzzət Müştaqov, Vüsal Məsimov, Təbriz İsazadə, Arsen Ağcabəyov, Fəqan Məsimov, Tolqar Yaqubov, Eldost Qiyasbəyli, Fərid Quliyev, Məhəmməd Abbaslı, Qabil Sabirli, Kamran Quliyev, Rəşid Manafov, Fikrət Tağıyev, Rəşad Tağıyev, Elcan Hafizli, Elmir Tağıyev və Rəşad Bağırov.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?