Azərbaycan Premyer Liqasının 8-ci turunun “Bakı” ilə oyunu “Xəzər Lənkəran”da iki futbolçunun qol hesabını açması ilə əlamətdar olub.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə Alfred Sanko və Elnur Cəfərov karyeralarında ilk dəfə “ağ-yaşıllar”ın heyətində qol sevinci yaşayıblar. Bununla da, “Xəzər Lənkəran”da fərqlənən futbolçuların sayı 94-ə yüksəldib. Sanko bu siyahıda 62-ci legioner, Cəfərov isə 32-ci yerli futbolçudur.
E.Cəfərov klub tarixində ən gənc qol müəlliflərindən biri kimi tarixə düşüb. 17 yaş 6 ay 23 günlüyündə qol sevinci yaşayan gənc futbolçu yalnız komandanın kapitanı Rahid Əmirquliyevin göstəricisindən geri qalıb. Kapitan 17 yaş 2 ay 20 günlüyündə “Xəzər Lənkəran”da qol hesabını açıb. Bu hadisə kubokun – 2006-cı il noyabrın 20-ndə “Bakılı” (4:0) ilə matçına təsadüf edib. Rahid Premyer Liqadakı ilk qolunu isə cəmi 6 gün sonra – 2006-cı il noyabrın 26-da “Şahdağ”la səfər matçında (5:1) vurub.
E.Cəfərovun vurduğu qol həm də "Xəzər Lənkəran"ın 450-ci çempionat qolu kimi tarixə düşüb. Maraqlıdır ki, ötən il vurulan 400-cü qol da “Bakı” ilə Lənkərandakı matça təsadüf edib.
2004-cü ildə yaranan, elə həmin il Premyer Liqada debüt edən “ağ-yaşıllar” 450-ci qolunu 309-cu qarşılaşmasında vurub. Bu matçda daha bir dəfə qol sevinci yaşayan komandamız bu rəqəmi 451-ə də çatdırıb.
Bu qollardan 259-u evdə, 191-i səfərdə, 1-i isə “Qızıl oyun”un keçirildiyi neytral meydanda – Gəncədə vurulub.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər