"Liverpul"dan Valdes iddialarına cavab

"Liverpul"dan Valdes iddialarına cavab
XƏBƏR 20 Oktyabr 2014 / 21:46 4613
-  A +

"Liverpul" "Barselona"nın sabiq qapıçısı Viktor Valdesi transfer edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, İngiltərə klubunun baş məçqçisi Brendan Rodcers bu xəbərləri təkzib edib. O bildirib ki, ümumiyyətlə, ispan futbolçu transfer etməyi düşünmürlər.

Qeyd edək ki, V.Valdesin "Liverpul"la razılığa gəldiyi iddia edilirdi.


Son xəbərlər