Neymar 200-cü qolunu vurdu

Neymar 200-cü qolunu vurdu
XƏBƏR 20 Oktyabr 2014 / 15:13 2634
-  A +

"Barselona"nın futbolçusu Neymar üçün İspaniya La Liqasında "Eybar"a qarşı oyun əlamətdar olub.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, qarşılaşmanın 72-ci dəqiqəsində fərqlənən braziliyalı hücumçu futbolçu karyerası ərzində vurduğu qollarını sayını 200-ə yüksəldib.

Neymar bu qollardan 136-nı "Santos"da, 24-nü "Barselon"da, 40-nı isə Braziliya millisində vurub.

Qeyd edək ki, "Barselona" - "Eybar" görüşü birincilərin 3:0 hesabı qələbəsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər