Messidən Luis Enrikeyə rədd cavabı (VİDEO)

Messidən Luis Enrikeyə rədd cavabı (VİDEO)
XƏBƏR 20 Oktyabr 2014 / 11:56 7366
-  A +

"Barselona" klubunun hücumçusu Lionel Messi "Eybar"la La Liqa matçında baş məşqçisi Luis Enrikenin tələbini yerinə yetirməyib.

Qol.Az-ın AS qəzetinə istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis matçın 76-c dəqiqəsində Messini əvəzləmək istəsə də, argentinalı forvard bundan imtina edib.

Belədə L.Enrike köməkçisinə Neymarın əvəzlənəcəyini bildirib.

Qeyd edək ki, "Barselona"nın 3:0 hesabı ilə qalib gəldiyi oyunda üçüncü qolun müəllifi Messi olub. O, daha iki qol vuracağı təqdirdə La Liqa tarixinin ən məhsuldar futbolçusu adını qazanacaq.



Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner