“Fənərbaxça” ilə oyunlarda bəxtim gətirir” - Sneyder

“Fənərbaxça” ilə oyunlarda bəxtim gətirir” - Sneyder
XƏBƏR 19 Oktyabr 2014 / 11:34 4641
-  A +

“Qalatasaray”ın futbolçusu Uesli Sneyder “Fənərbaxça”ya qalib gəldikləri oyun (2:1) haqda fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, komandasının hər iki qolunun müəllifi olan hollandiyalı yarımmüdafiəçi “Fənərbaxça” ilə bütün oyunlarda şanslı olduğunu bildirib:

“Bəzi komandalara qarşı oyunlarda bəxtim gətirir. “Fənərbaxça” da belə komandalardandır. Vurduğum qollarla bağlı çox danışmağa ehtiyac yoxdur. Hər ikisi çox gözəl alındı. Qapıçının edəbiləcəyi bir şey yox idi.

Sneyder “Qalatasaray”ın vurduğu mübahisəli qol haqda da danışıb: “Oyun 1:1 hesabı ilə bitsəydi, bunun hesabını kim verəcəkdi?  Hamı gördü ki, qoldan əvvəl top yan xətdən çıxmışdı. Hakimlər bu kimi səhvlərə yol verməməlidir”.
.

Daha çox


Son xəbərlər