Ağdamın "Qarabağ” klubunun və Azərbaycan milli komandasının müdafiəçisi Qara Qarayevin müsahibəsi
- "Qəbələ” ilə oyunda meydana ikinci hissədə daxil olmağınız nə ilə bağlı idi?
- Bir problem yoxdur. Yəqin, Qurban müəllim bir az istirahət etməyimi fikirləşib, ona görə oyuna fasilədən sonra qoşuldum. Bu, baş məşqçinin seçimidir.
- Birinci hissədə mübahisəli penalti epizodu var idi. Oyunu kənardan izləyirdiniz. Sizcə, həmin epizodda hakim düz qərar verdi?
- Həqiqətən deyirəm: mən o epizodu heç görmədim. Komanda yoldaçlarımdan soruşdum ki, penalti var idi, ya yox?
- Kamran Ağayev deyir ki, hakimin o penaltini verməməsi oyunun taleyini həll etdi. Razısınız bu fikirlə?
- Xeyr, qətiyyən razı deyiləm. Kamran o epizodu yaxşı görə bilməzdi. Çünki aralarında təxminən 100 metr məsafə var idi. Dostumuz-qardaşımızdı, ancaq o epizodla bağlı necə dəqiq danışa bilər ki?!
- Qarşıda Avroliqada "Dnepr”lə çətin oyunuz var. Rəqib komandanın hücumçusu Jaba Kankava Ukrayna mətbuatına müsahibəsində deyib ki, millidəki komanda yoldaşı Nikoloz Gelaşvilidən "Qarabağ” haqda məlumat öyrənib.
- Bilirsiniz necədir, artıq belə fikirlər futbolda əhəmiyyət daşımır. Texnika o qədər inkişaf edib ki, hamı istədiyi məlumatı internet vasitəsi ilə oyrənə bilər. Komanda barədə istədiyin məlumat internetdə var. Heç kim özünü gizlədə bilməz. Qoy öyrənsin, bu, bizi narahat etmir. Gelaşvilinin ona hansı məlumatı verdiyi, nə dediyi də bizim üçün önəmli deyil. Nə olsun, biz də "Dnepr” haqqında o qədər məlumat toplamışıq ki... Hər şeyi meydandakı oyun göstərəcək.
- Necə fikirləşirsiniz: nəhayət, "Qarabağ” Avroliqanın qrupunda ilk qolunu vura biləcək, Qələbə qazana bilərsiniz?
- İnşallah. Mümkünsüz heç nə yoxdur. Amma etiraf etmək lazımdır ki, çox çətin oyun olacaq. Deyərdim ki, Ukrayna səfəri bizim üçün "İnter”lə İtaliyadakı oyundan da ağır olacaq.
- Berti Foqtsun gedişi ilə bağlı nə deyə bilərsiniz?
- Baş məşqçimiz olub, indi də istefa verib getdi. Arxasınca heç nə demək istəmirəm.
- Amma Foqts həmişə sizin arxanızca danışıb. Almaniya mətbuatına son müsahibəsində də yenə futbolçuları günahkar çıxardıb...
- Berti Foqts bizim haqqımızda mənfi fikir yürütməkdən bezməyibsə, biz də onun haqqında susmaqdan bezək? Ona görə nə danışırsa danışsın, bizim üçün heç bir fərqi yoxdur. Mənim millyə gəlməyimdə rolu olub. Foqts barədə mənfi nəsə danışmaq istəmirəm. Hər halda hamı kimi, o da uğur qazanmaq istəyirdi, alınmadı.
- Sizcə, Foqts çoxdan getməli deyildi?
- Belə suallara mənim cavab verməyim düz çıxmır. O, məşqçidir, mən futbolçu.
- Bəs Mahmud Qurbanovun müvəqqəti baş məşqçi təyinatına münasibətiniz necə oldu?
- Hər şey normaldır, kiminsə Mahmud müəllimlə pis münasibəti yoxdur. Məncə, o, milli komanda ilə nəticə qazanacaq gücdədir. Bu sahədə xeyli təcrübəsi var, Gəncədə baş məşqçi işləyib. Inanıram ki, yığmada da yaxşı işlər görəcək.
- Mahmud Qurbanovun baş məşqçiliyi hələlik Norveçlə oyun üçün nəzərdə tutulub. Sizcə, bu oyun onun yığmadakı taleyinə aydınlıq gətirə bilər?
- Mahmud Qurbanov millidə işləməyə layiq bir insandır. Ümid edirəm ki, Norveçlə oyunda yaxşı nəticə qazanaraq, işini davam etdirəcək.
- Necə düşünürsünüz: yalnız Norveçlə oyun həlledici olacaq, yoxsa Qurbanova bir müddət də şans verilməlidir?
- Qarşıda hələlik bircə Norveçlə oyun var. Ona görə belə fikirləşirəm ki, ən yaxşı şans məhz elə bu oyundur. O, futbolçuları yaxşı tanıyır. İnşallah, Norveçlə oyunda müsbət nəticə üçün daha yaxşı addımlar atacaq.
Mənbə: sportnet.az
"Real"ın şikayəti rədd edildi
"Mingəçevir" "Cəbrayıl"a belə qalib gəldi - Video
“Qarabağ” UEFA reytinqində irəlilədi
4 qol vuruldu, "Mingəçevir" qalib gəldi
"Benfika" Mourinyo ilə danışıqlarda irəlilədi
“Mançester Siti" mənim yeganə seçimim idi”
2-ci liqada oyunların vaxtı açıqlandı
"Qalatasaray"da ciddi itki
AFFA-dan "Neftçi"yə rədd cavabı
Elxan Səmədovdan "Qarabağ"a təbrik
Azərbaycan kubokunun püşkü atıldı
Azərbaycan kubokunun finalı bu stadionda
Aleksander-Arnoldun durumu açıqlandı
Alleqri cəzalandırıldı
“Real” Çempionlar Liqasının tarixinə düşdü
Qol vurandan bir neçə dəqiqə sonra vəfat etdi
0:2 uduzarkən "Qarabağ"ın qələbə əmsalı 76 olub!
"Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına
Kamilo Duran: "Hesabda geri düşsək də, təslim olmadıq"
"Qarabağ" çox bir şey etmədi" - "Benfika"nın futbolçusu
Prezident “Qarabağ”ı təbrik etdi
Yankoviçin durumu necədir?
"Arsenal" "Atletik"ə belə qalib gəldi - Video
"Qarabağ"ın Lissabondakı möhtəşəm geridönüşü - Video
Tahir Gözel: “Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”
“Qarabağ”a məğlubiyyətdən sonra istefaya göndərildi
AFFA prezidentindən “Qarabağ”a təbrik
Qurban Qurbanovdan tarixi qələbəyə reaksiya
Lissabon qələbəsi Azərbaycanı UEFA reytinqində irəli apardı
"Real" və "Tottenhem"dən qələbə, "Atletik" uduzdu
Möhtəşəm qələbə “Qarabağ”ı neçənci yerə yüksəltdi?
“Qarabağ” “Benfika”nı diz çökdürdü
Yamal "Barselona"nın ÇL matçını da buraxacaq
"Liverpul"la "Mançester Siti" onu hədəflədilər
"Qarabağ" "Benfika" ilə oyuna bu heyətlə çıxır
Millimiz Moldovaya qalib gəldi
"Göygöl"dən qələbə, "Qaradağ Lökbatan"dan darmadağın
Məşqçisi olduğu ən yaxşı futbolçuları açıqladı
“Barselona” bəyanat yaydı