İlkay Gündoğan 434 gündən sonra rəsmi oyuna çıxdı

İlkay Gündoğan 434 gündən sonra rəsmi oyuna çıxdı
XƏBƏR 18 Oktyabr 2014 / 19:18 2929
-  A +

"Borussiya"nın futbolçusu İlkay Gündoğan 434 gündən sonra ilk rəsmi matçda iştirak edib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 23 yaşlı yarımmüdafiəçi Almaniya bundesliqasında "Köln"lə oyunda əsas heyətdə meydana çıxıb.

Qeyd edək ki, Almaniya millisinin futbolçusu İlkay Gündoğan ötən ilin avqustunda Paraqvayla görüşdə zədələnib. İ.Gündoğan o vaxtdan indiyə kimi "Borussiya"nın əvəzedici komandası ilə iki yoldaşlıq matçında oynayıb.


Son xəbərlər