Sabah səfərdə “Xəzər Lənkəran”ın qonağı olacaq "Bakı" hazırlıqlarını yekunlaşdırıb.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Bakı" bu gün Lənkərana yola düşüb.
Bu mühüm qarşılaşma ilə bağlı bəzi futbolçular klubun rəsmi saytına açıqlama verib. Futbolçular oyundan nikbin danışıb. Nurlan Novruzov isə “Bakı” azerkeşlərinə qol sözü də verib.
Vüqar Bəybalayev: “Xəzər Lənkəran” güclü oyunçulardan təşkil olunmuş komandadır. Bizim də gənclər və təcrübəlilərin vəhdətindən yaradılmış əzmkar kollektivimiz var. “Xəzər Lənkəran”la oyunun asan olmayacağını dərk edirik. Biz oraya yalnız və yalnız xal almaq üçün gedəcəyik. İnşallah qələbə qazanan tərəf biz olarıq”.
Tural Qürbətov: “İki həftədir ki, oyuna hazırlaşırıq, təlim-məşq toplanışındayıq. Ciddi hazırlaşmışıq. İnanıram ki, zəhmətimizin nəticəsini görəcəyik. Bu oyunu səbirsizliklə gözləyirik. Qələbə qazanmaq bizim üçün çox vacibdir. Qalib gəlməklə turnir cədvəlində bir neçə pillə irəliləyə bilərik. İnşallah bu tapşırığın öhdəsindən gələrik”.
Nurlan Novruzov: “Rəqib Azərbaycanın böyük klublarından biridir, bu oyuna ciddi hazırlaşmışıq. İnşallah istədiyimiz oyunu göstərib səfərdən qələbə ilə qayıdarıq. Bütün “Bakı” azarkeşlərinə qol söz verirəm. Mən və komanda üçün vacib olan 3 xaldır”.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər