"Araz"ın rəqibləri müəyyənləşdi

"Araz"ın rəqibləri müəyyənləşdi
XƏBƏR 17 Oktyabr 2014 / 18:11 3047
-  A +

Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinin püşkatması keçirilib.
 
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, püşkün nəticəsinə əsasən təmsilçimiz “Araz”  klubu "Dina" (Moskva, Rusiya), "Slov-Matik" (Slovakiya) və "Xrudim" (Çexiya) komandaları ilə B qrupunda mübarizə aparacaq.

Bu qrupun oyunları Çexiyada təşkil olunacaq.

Qeyd edək ki, “Araz” hazırda futzal klublarının UEFA reytinq siyahısında İspaniyanın “Barselona” və Qazaxıstanın “Kayrat” klubundan sonra 3-cü pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər