"Təkcə Foqtsun gedişi ilə iş düzəlmir. Futbolumuzun sturukturu dəyişilməlidir. Foqts mənim həmkarımdır. Ona görə də deyə bilmərəm ki, vaxtında getdi, yoxsa istefası bir qədər gecikdi. İndi Foqtsu söymək, onu tənqid etmək bizə yaraşmaz".
Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov milli komandamızın baş məşqçisi Berti Foqtsun istefa verməsinə münasibət bildirərkən deyib.
Təcrübəli mütəxəssis qeyd edib ki, millimizin uğursuzluğu hələ Rusiyaya 0:4 hesabı ilə uduzduğumuz yoldaşlıq oyunundan başlayıb: "Məncə, Xorvatiyaya bir top fərqi ilə uduzsaydıq, hamı bunu normal qəbul edəcəkdi və Foqts vəzifəsində qalacaqdı. Amma belə olmamalıdır. Həyəcan siqnalı hələ milimiz yoldaşlıq oyununda Rusiyaya 0:4 hesabı ilə uduzanda çalındı. Həmin qarşılaşmada gördük ki, komandamızın oyunu yoxdur".
Mircavadov qeyd edib ki, yeni gələn baş məşqçinin işi çox çətin olacaq: “Əcnəbi mütəxəssis gəlsə, ona ən azə altı aya vaxt lazım olacaq. Həmişə klublarımızda və millimizdə yerli məşqçilərin çalışmasını istəmişəm. Ancaq ilk növbədə yerli məşqçilərimizə hörmət olunmalıdır. Azərbaycanda yerli məçqçiyə əcnəbi qədər nə inanırlar, nə də ona lazım olan şəraiti yaradırlar. Əcnəbi məşqçilər nə istəsə, ona əməl edirlər.”
A.Mircavadov "Yenidən milli komandanı çalışdırmaq istərdinizmi" sualını belə cavablandırıb: “Mənim istədiyim odur ki, yerli məşqçiyə inam olsun. İnanırlarsa, millidə işləyim, inanmırlarsa, mənlik deyil. Ancaq bir daha qeyd edirəm ki, əcnəbi məşqçi futbolumuza heç nə verməyəcək".
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər