Daha bir ulduz futbolçu karyerasını başa vurdu

Daha bir ulduz futbolçu karyerasını başa vurdu
XƏBƏR 16 Oktyabr 2014 / 13:32 5641
-  A +

Fransa millisinin və "Arsenal"ın sabiq müdafiəçisi Uilyam Qallas karyerasını başa vurub.

Qol.Az-ın "L'Equipe"yə istinadən verdiyi məlumata görə, bu barədə 37 yaşlı futbolçunun özü açıqlamasında bildirib.

Qallasın son komandası Avstraliyanın "Pert-Qlori" klubu olub. Təcrübəli futbolçu karyerası ərzində "Kan", "Marsel", "Çelsi" və "Tottenhem" kimi klublarda forma geyinib.


Son xəbərlər