Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə "Araz-Naxçıvan"la qarşılaşacaq AZAL klubu bu oyunun hazırlıqlarını davam etdirir.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın düşərgəsinə 3 yeni futbolçu qoşulub.
Baş məşqçi Tərlan Əhmədovun istəyinə əsasən məşqə aşağı yaş qruplarından da oyunçular cəlb olunub. Belə ki, Əsgər Hüseynov, İsmayıl İbrahimli və Ümid Ümidov əsas komanda ilə birgə məşq edib. Özü də bu “üçlük” digər futbolçular kimi bütün məşq prosedurunu keçib.
Qeyd edək ki, bu proses daimi xarakter daşıyacaq. Yəni hər həftə aşağı yaş qruplarından istedadlı uşaqlar əsas komandanın məşqlərinə cəlb olunacaq. T.Əhmədov bu yolla həmin yeniyetmə və gənclərin daha da artıracağına inandığından prosesin müvəqqəti yox, daimi olmasına qərar verib. Belədə hər həftə aşağı yaş qruplarından 2-3 perspektivli futbolçu əsas komandanın ab-havasını duymuş olacaq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?