Serbiya millisinin kapitanı Branislav İvanoviç "Avro-2016"nın seçmə mərhələsində Albaniya ilə görüşdə yaşanan insidentə münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, ESPN-ə danışan "Çelsi"nin futbolçusu yığmasının yarımçıq dayandırılan oyunu davam etdirmək istədiyini, ancaq albanların buna hazır olmadıqlarını bildirib:
"İnsidentin tam olaraq nədən baş verdiyini söyləmək çətindir. Çox təəssüf ki, müasir futbolda belə hadisələr baş verir. Komandam oyunu davam etdirmək istəsə də, albanlar fiziki və psixoloji cəhətdən buna hazır olmadıqlarını bildirdilər. Artıq matçın taleyinə UEFA rəsmilərinin qərarından sonra aydınlıq gələcək".
Qeyd edək ki, matçın 44-cü dəqiqəsində helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı Albaniya bayrağının meydançaya endirilməsindən sonra iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Belədə matçın baş hakimi Martin Atkinson oyunun təxirə salındığını elan edib.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı