Ebola virusunun Syerra-Leonedə yayılması və ölümlərə səbəb olması ölkə millisinin futbolçularını da pis vəziyyətdə qoyub.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, millinin üzvləri bu səbəbdən yoldaşlıq matçlarında təhqir olunub.
Son olaraq səfərdə Kamerunla qarşılaşan yığmanın futbolçuları hava limanı və stadionda müxtəlif tibbi testdən keçiblər. Bundan başqa, onlar bomboş oteldə yerləşdiriliblər.
Bu azmış kimi Kamerun millisinin futbolçuları matçın əvvəlində Syerra-Leonenin üzvləri ilə salamlaşmayıblar, forma dəyişdirməyiblər. Stadiondakı azarkeşlər isə Syerr- Leonedə millisinin futbolçularına "Ebola, Ebola" şüarları səsləndiriblər.
Qeyd edək ki, "Neftçi"nin futbolçusu Julius Vobay da Syerra-Leone millisinin şərəfini qoruyur. O, Kamerunla yoldaşlıq matçında əsas heyətdə meydana çıxıb.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq