Buffondan yeni rekord

Buffondan yeni rekord
XƏBƏR 14 Oktyabr 2014 / 21:26 4351
-  A +

Millimizin "Avro-2016"nın seçmə mərhələsindəki rəqibi İtaliya yığmasının qapıçısı Canluici Buffon yeni rekorda imza atıb.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, dünən gecə Malta ilə görüşdə iştirak edən təcrübəli qolkiper  Avropa çempionatı və turnirin seçmə mərhələsində oynadığı matçların sayını 48-ə yüksəldib. Bu nəticə ilə Buffon sözügedən turnirdə ən çox meydana çıxan futbolçu olub.


Qeyd edək ki, bundan əvvəlki rekord Fransa millisinin sabiq üzvü Lillian Türama məxsus idi.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner