Azərbaycan Premyer Liqasının son turunda “Standard”la keçirilən görüşdə hakimi söydüyü üçün «qırmızı vərəqə» alan “Neftçi”nin türkiyəli müdafiəçisi Suat Usta Qol.Az saytına verdiyi müsahibədə yaşananlara aydınlıq gətirdi.
- Suat, öncə “Standard”la oyundan başlayaq...
- Həmin oyunu çox üstün oynadıq və haqq etdiyimiz üç xalı qazandıq. Qısaca olaraq, qarşılaşmanı belə xarakterizə edərdim.
- Amma qələbəni çətinliklə qazandınız. Elə qələbə qolunu son saniyələrdə vurmağınız da buna sübutdur.
- Futbolda bu şərt deyil ki, qolu əvvəldə vurmalısan, ya axırda. İlk dəqiqələrdə də fərqlənə bilərsən, son dəqiqələrdə də. Əsas olan qolun neçənci dəqiqədə vurulması yox, üç xalın qazanılmasıdır. Bu mənada, düşünürəm ki, biz də əsas olanı etdik. Ən əsası “Neftçi” qələbəni gözəl oyunla qazandı.
- Amma çoxları belə düşünmür.
- Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Unutmayaq ki, yeni baş məşqçimizin rəhbərliyi altında ilk oyunumuza çıxırdıq. Bu mənada, motivasiya da yüksək idi. Çünki bunu qələbə ilə qeyd etmək istəyirdik.
- Amma həmin oyunda «qırmızı vərəqə» almaqla komandanı çətin vəziyyətdə qoydun. Bəlkə o hərəkəti etməsəydin, “Neftçi” daha rahat qələbə qazana bilərdi.
- Elədir, komandamı çətin vəziyyətə saldığımı özüm də gözəl başa düşürəm. Buna görə də qarşılaşmadan sonra həm komanda yoldaşlarımdan, həm də rəhbərlikdən üzr istədim. Düzdür, hakimin qərarı ilə onda da razı deyildim, indi də. Düşünürəm ki, o məni haqsız olaraq meydandan qovdu. İlk «sarı vərəqə»ni nəyə görə göstərdi, bunu ümumiyyətlə, başa düşmədim. Bu mənada, «qırmızı vərəqə»ni çox ağır qərar hesab edirəm. Təbii ki, hakimi mühakimə etmək istəmirəm və onun qərarına da hörmətlə yanaşıram. Biz futbolçular hər hərəkətimizi doğru hesab etdiyimiz kimi, hakim də öz qərarında haqlı olduğunu düşünür. Təbii ki, mən də referinin hər qərarını doğru qəbul etmək fikrində deyiləm. Amma səhvimi də boynuma alıram və etdiyim hərəkətin peşəkar futbolçuya yaraşmadığını düşünürəm.
- Deyilənə görə, hakimi söydüyün üçün medandan qovulmusan.
- Yox, yox bir dəqiqə nə söyüş? Mən kimsəni söyməmişəm və bu, ümumiyyətlə xarakterimə, kişiliyimə ziddir. Nəinki meydanda, heç həyatda da kimisə söymək ən səhv hərəkətdir. Bir də ki, kimdənsə çəkinəcəyim yoxdur ki, kimisə söysəydim, kişi kimi deyərdim ki, söymüşəm. Yəni bu tamam yalnış informasiyadır.
Düzdür, aqressivəm, hirsliyəm, bəzən özümü ələ ala bilmirəm. Bütün bunlar uduzmamaq istəyimdən irəli gəlir. Lakin söyüş söhbəti olmayıb.
- Lakin deyinə-deyinə çıxmağın heç kimin diqqətindən qaçmadı.
- Sadəcə, «qırmızı vərəqə»dən sonra qaça-qaça meydanı tərk etdim ki, onsuz da meydandan qovularaq komandamı çətin duruma salmışam. Daha çox sahədə qalmaqla işi zorlaşdırmaq istəmədim. O ki qaldı deyinməyimə, əgər meydanı tərk edərkən öz-özümə danışıramsa bu, o demək deyil ki, kimsə söyürəm.
- Maraqlıdır, “Neftçi” rəhbərliyinin sənin bu hərəkətinə münasibəti necə oldu?
- Futbolçusu «qırmızı vərəqə» alan komandanın rəhbərliyi hansı münasibəti göstərirsə, “Neftçi” rəhbərliyi də həmin münasibəti göstərdi. Yəni «qırmızı vərəqə» aldığıma görə klub tərəfindən cəzalandırıldım. Sonradan eşitdiyimə görə, pul cəzası kəsiblər mənə. Təbii, «sarı vərəqə» alan futbolçuya pul cəzası kəsilməsi mənim üçün xoş olmadı. Amma istənilən halda klub rəhbərliyinin qərarına hörmətlə yanaşıram və bunu da normal qəbul edirəm.
- Bəs, bu fikri qəbul edirsən ki, Nyaqa son saniyələrdə fərqlənməklə belə demək mümkünsə, səni daha böyük təzyiqlərdən qurtardı?
- Yox, bu fikri də qəbul etmirəm. “Neftçi” Azərbaycanın ən böyük klubudur. Hər halda belə demək olar da. Ona görə bu klubda məsələlərə belə aspekdən yanaşmaq doğru olmazdı. Yəni, biz 5:0 hesabı ilə qalib gəlsəydik də rəhbərlik bu cəzanı mənə verəcəkdi, əksinə olsaydı da. Deməyim odur ki, bu mənada Nyaqanın qolu heç bir önəm daşımır.
- Qarşıdan “Simurq”la oyun gəlir. Nə düşünürsən?
- Təbii ki, 3 xal düşünürəm. Təəssüflənirəm ki, həmin qarşılaşmada komandama kömək edə bilməyəcəm. Amma “Standard”la oyunda baş verənləri artıq unutmaq istəyirəm. Səhvlərimdən isə nəticə çıxardacağam. Bir də “Neftçi” elə komandadır ki, burada “filankəs oynamayacaq yeri görünəcək” kimi ifadə yoxdur. Burada hər həs komanda yoldaşını layiqincə əvəzləməyi bacarır. İnanıram ki, uşaqlar “Simurq”la oyunda mənim yoxluğumu hiss etdirməyəcək və qələbə qazanacaq.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı