Neymardan poker

Neymardan poker
XƏBƏR 14 Oktyabr 2014 / 19:28 5983
-  A +

Braziliya millisinin futbolçusu Neymar bu gün keçirilən Yaponiya ilə yoldaşlıq matçında (4:0) pokerə imza atıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, gənc hücumçu sözügedən qarşılaşmada komandasının bütün qollarının müəllifi olub. Bu matçdan sonra qollarının sayını 40-ə yüksəldən Neymar  Bebetonu geridə qoyaraq Braziliya millisinin tarixində ən çox qol vuran 5-ci futbolçu olub. Neymar üç dəfə də fərqlənəcəyi təqdirdə, Zikoya (48 qol) çatacaq.

Qeyd edək ki, Braziliya millisinin tarixində ən çox qol  vuran futbolçu  Peledir (77 qol).


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner