“9 milyon insan Foqtsu istefaya səslə də o getməyəcək”. Qol.Az-ın azvision.az saytına istinadən yaydığı xəbərə görə, bunu “Neftçi”nin keçmiş baş məşqçisi Böyükağa Hacıyev deyib.
“Avro-2016”nın seçmə mərhələsində Azərbaycan millisinin Xorvatiyaya 0:6 hesablı məğlubiyyətini şərh edən Hacıyev günahın futbolçularımızda deyil, baş məşqçi Berti Foqtsda olduğunu deyib:
“Xorvatiyanın təzyiqlərinin qarşısında bizim müdafiəçilər çox yaxşı oynadı. Gəlin, Allaha şükürlər edək ki, altı qol buraxdıq. Rəqibin təzyiqlərinin qarşısında heç bir müdafiə xətti dura bilməzdi. Bundan başqa hansı futboldan söhbət edək. Dünənki bəyəm futboldur? O şou idi, şou. Orada futboldan əsər-əlamət yox idi. Adətən, futbolda iki komanda hücum edir. Biz dünən bir komandanın hücumlarının şahidi olduq. Gəlin, özümüzü yormayaq, Azərbaycan millisi 0:10 uduzsa da, heç nə dəyişməyəcək. Foqts müəllimin ürəyi istədiyi qaydada da davam edəcək”.
B.Hacıyev hesab edir ki, 9 milyon insan Foqtsu istefaya səsləsə də, o, getməyəcək:
“Mən onun yerinə olsaydım elə bu məğlubiyyətdən sonra üzrxahlıq edib, çıxıb gedə bilərdim. Ancaq o getməyəcək. Bizim futbolumuzun səviyyəsi siz fikrləşdiyiniz qədər də aşağı deyil. Əvvəllər Avropa Liqasının pley-off mərhələsini keçə bilmirdik. İki il bundan əvvəl “Neftçi”, bu il “Qarabağ” ora düşdü. Bu gün milli komandamız isə bir başqa mövzudur. Berti Foqts Azərbaycanda oturmalıdır. Komandanın başının üstündə durmalıdır. Oyunçuları daim nəzarətdə saxlamalıdır. Futbolda iki variant var, ya işləməlisən, ya da işləməməlisən. Başını girləyə bilmərsən. Belə futbol olmur. 7 ildir ki, Foqts müəllim Azərbaycan futbolundadır. Gəlin, tərəziyə qoyaq. O, bizə nə verdi və əvəzində nə aldı.
Bir komanda 7 il ərzində öz oyun dəsti-xəttini yarada bilməyibsə, kənar müdafiəçisi dayaq yarımmüdafiəçinin, mərkəz müdafiəçisi kənar müdafiəçinin yerində oynayırsa, hansı işdən danışmaq olar?”
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq