Bir qrup azərbaycanlı jurnalist Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qarabağ” klubuna “Dnepr”lə qarşılaşmada dəstək vermək üçün Kiyevə səfər edəcək.
15 nəfərlik heyət oktyabrın 20-də qatarla Bakıdan Tiflisə, oradan isə təyyarə ilə Kiyevə yola düşəcək. Oktyabrın 23-də keçiriləcək qarşılaşmadan öncə jurnalistlər “Olimpiyski” stadionuna dostluq yürüşü edəcək, komandamıza bu vacıb oyunda hərtərəfli dəstək verməyə çalışacaqlar.
Təşkilatçıların verdiyi məluamata görə, Kiyevə yollanacaq heyətdə idman jurnalistləri deyil, ictimai-siyasi informasiya portalları, agentlik və qəzet təmsilçiləri təmsil olunacaq. Baş redaktor və redaktorların da daxil olduğu qrup Azərbaycanın faciələrinə və Qarabağ probleminə diqqət çəkəcək müxtəlif aksiyalar da təşkil edəcəklər.
Oyun öncəsi “Qarabağ” klubunun təmsilçiləri və futbolçularımızla görüşəcək media nüməyəndələri səfər təəsüratlarını ölkə mətbuatında bölüşəcək, müxtəlif reportajlar təqdim edəcəklər.
Qeyd edək ki, jurnalistlərin Kiyevə səfəri “Azərsun” brendi olan “Azərçay” və “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən maliyyələşdirilir (aznews.az).
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq