Luis Suares Uruqvay millisində iki qol vurdu

Luis Suares Uruqvay millisində iki qol vurdu
XƏBƏR 14 Oktyabr 2014 / 13:52 3418
-  A +

Luis Suares Uruqvay millisi ilə növbəti matçına çıxıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 27 yaşlı hücumçu Oman millisi ilə yoldaşlıq görüşündə 79 dəqiqə meydanda olub. Uruqvay yığmasının 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada L.Suares iki qol vurub.

Qeyd edək ki, L.Suares millidə sonuncu dəfə "DÇ-2014"də iyun ayında İngiltərə ilə matçda qol vurub.

Xatırladaq ki, Suares "DÇ-2014"ün qrup mərhələsində İtaliya ilə oyunda (1:0) rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulub. Ancaq bu cəzalar yoldaşlıq matçlarına şamil edilmir.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner