Norveç millisinin futbolçusu Martin Edeqor tarixə keçib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 15 yaşlı yarımmüdafiəçi dünən "Avro-2016"nın seçmə mərhələsində Bolqarıstanla matçda meydana çıxıb. Qarşılaşmanın 64-cü dəqiqəsində oyuna daxil olan M.Edeqor bu turnirin tarixində seçmə mərhələlərdə oynayan ən gənc futbolçu olub.
M.Edeqor "Avro-2016"nın seçmə mərhələsində matçlardan birində qol vuracağı təqdirdə, yeni rekorda imza atacaq. O, "Real"ın və Uels millisinin yarımmüdafiəçisi Qaret Beylin geridə qoyaraq Avropa çempionatının seçmə mərhələsində qol vuran ən gənc futbolçu olacaq.
Qeyd edək ki, Norveç millisinin "Avro-2016"nın seçmə mərhələsindəki rəqiblərindən biri də Azərbaycan millisidir.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq