"PSJ-nin hər iki təklifini rədd etdim" - Mourinyo

"PSJ-nin hər iki təklifini rədd etdim" - Mourinyo
XƏBƏR 12 Oktyabr 2014 / 16:50 4156
-  A +

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo növbəti dəfə maraqlı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis PSJ-nin ona iki dəfə təklif gondərdiyini və bu təkliflərə rədd cavabı verdiyini deyib:

“Leonardodan sonra PSJ-nin ilk seçimi mən idim. Ancaq o zaman bu təklif məni maraqlandırmadı. “Real”dan ayrıldıqdan sonra PSJ-dən növbəti təklifi alsam da, yenə rədd cavabı verdim. PSJ çox güclü komandadır. Çempionlar Liqasını qazanmağa qadirdir. ÇL-ın finalında bizimlə qarşılaşsalar, əla olardı”.

Mourinyo Portuqaliya millisini çalışdırmaq istədinizmi? sualını da vablandırıb: “Bəli, ölkə bunu gözləyir. Amma karyeramın tam ortasındayam. Milli komandanı 15ildən sonra da çalışıdıra bilərəm”.

Son xəbərlər