"Azərbaycanla oyunda qələbə seriyamızı davam etdirməliyik"

"Azərbaycanla oyunda qələbə seriyamızı davam etdirməliyik"
XƏBƏR 11 Oktyabr 2014 / 13:24 2606
-  A +

Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Perişiç "Avro-2016"nın seçmə mərhələsində qalib gəldikləri Bolqarıstanla oyun haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, ölkəsinin mətbuatına danışan futbolçu qələbə seriyasını Azərbaycanla oyunda da davam etdirməli olduqlarını bildirib:

"Bolqarıstanla matçın çətin keçəcəyini bilirdik. Çətin oyun oldu. Ancaq 3 xal qazandığımız üçün şadam. Növbəti matçımızı evdə Azərbaycana qarşı keçirəcəyik. Bu oyunda da qələbə seriyamızı davam etdirməliyik". 

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu oktyabrın 13-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Son xəbərlər
topaz banner