“Neftçi”nin baş məşqçisi Arif Əsədov "Bakı" ilə keçirdikləri yoxlama görüşü haqda danışıb.
Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis klubun rəsmi saytına açıqlamasında yoldaşlıq görüşündə əsasən gənc futbolçulara şans verdiyini bildirib:
"Hazırlıq çərçivəsində ikinci oyunumuzu “Bakı” klubuna qarşı keçirdik. Milli komandalara çağırılmış futbolçuların yoxluğunda daha çox gənc oyunçuların xidmətindən yararlandıq. “Qaradağ Lökbatan”la oyunda olduğu kimi bu dəfə də daha çox gənclərə üstünlük verdik. Start heyətində əvəzedici komandadan iki futbolçunu meydana buraxdıq.
Sonradan daha 4 gənc oyunçuya şans verdik. Bu futbolçular “Neftçi”nin gələcəyidir və çalışırıq ki, onları əsas komandaya mümkün qədər tez cəlb edək. Gənclər püxtələşmək üçün daha çox oyun keçirməlidirlər. Zamanla onlar da əsas komandanın futbolçuları ilə ayaqlaşacaqlar. İnanıram ki, bu futbolçular yaxın gələcəkdə əsas heyətdə yerlərini möhkəmlədə biləcəklər. Onların simasında ümumilikdə ölkə futbolu da yeni adlar qazana bilər".
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq