"Simurq" Azərbaycan Premyer Liqasının növbəti turuna hazırlıqları davam etdirir.
Qol.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, üç günlük istirahətdən sonra oktyabrın 6-da Zaqatalada bir araya gələn "sarı-qaralar" gündə iki dəfə olmaqla məşqə çıxır.
Yalnız millinin düşərgəsində olan İlkin Qırtımov, Vadim Abdullayev və Vüqar Mustafayev hazırlıqlarda iştirak etmir. Uzun müddətdir zədə səbəbindən komandadan ayrı qalan Murad Səttarlı isə artıq tam sağalaraq məşqlərə başlayıb.
Milli komandanın seçmə qrup mərhələsindəki oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən Zaqatala təmsilçisi iki günlük Gürcüstana yollanacaq. Qonşu ölkənin paytaxtında sabah növbəti məşqinə çıxacaq Georgi Çixradzenin futbolçuları oktyabrın 11-də Bakı vaxtı ilə saat 17:00-da Tiflis "Dinamo"su ilə yoldaşlıq görüşü keçirəcək. Bundan sonra Zaqatalaya qayıtmağı planlaşdıran "Simurq", bir günlük istirahətdən sonra isə yenidən çalışmaları davam etdirəcək.
Qeyd edək ki, "Simurq" Azərbaycan Premyer Liqasının 8-ci turunda "İnter"lə qarşılaşacaq.
Rüfətin komandası uduzdu
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi