Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən “Bakı” futbol klubu təlim-məşq toplanışı keçirir.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxtın otellərində birində məskunlaşan komandanın toplanışə iki mərhələdən ibarətdir. Birinci mərhələ 7-12 oktyabr tarixinı əhatə edəcək. Bu müddət ərzində komanda gündə iki dəfə məşq edəcək. Bu gün isə saat 16:00-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda İbrahim Uzuncanın futbolçuları “Neftçi” ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Oyundan sonra bir günlük istirahətin ardından təlim-məşq toplanışının ikinci mərhələsi start götürəcək. 13-18 oktyabr tarixlərini əhatə edəcək bu mərhələdə daha bir yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır. Təlimlərin ardından komanda Premyer Liqanın VIII turunun oyununu keçirmək üçün Lənkərana səfər edəcək.
Təlim-məşq prossesinin gedişi barədə "Bakı"nın baş məşqçi İbrahim Uzunca klubun saytına fikirlərini bildirib:
“Bilirsiniz ki, Azərbaycan Premyer Liqasında fasilədir. Bu hamıdan çox bizim xeyrimizə oldu. Çünki komandam çempionata təlim-məşq toplanışı keçirmədən qatılmışdı. Ona görə də bu vaxtdan maksimum səmərəli istifadə etməyə çalışırıq. Təlim-məşq toplanışının ilk mərhələsini köməkçilərimlə birgə əsasən sürətli və texniki çalışmalar, həmçinin fərdi çatışmazlıqların aradan qaldırılması üçün hərəkətlər üzərində qurmuşuq. İkinci mərhələdə məşqlərdə intensivliyi səngidib əsasən taktiki çalışmalar üzərində işləyəcəyik”.
"Sabah" TNS-ə qarşı
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi
Dibala “Roma” ilə müqaviləni yenilədi
Slaven Biliç rəsmən Xorvatiya millisində
Murat Yakın: "Futbol uduzdu"
Belçika millisinin üzvü "Mançester Yunayted"də