"İnter" Gürcüstan klubuna qalib gəldi

XƏBƏR 10 Oktyabr 2014 / 18:11 3314
-  A +

Gürcüstanda təlim-məşq toplanışında olan Bakının“İnter” klubu bu gün yoxlama oyunu keçirib.

Qol.Az-ın məlumatına görə, Kaxabaer Sxadadzenin komandası yerli "Samtredia" klubu ilə qarşılaşıb.

Gürcüstanın çempionatında hazırda ikinci pillədə qərarlaşan komanda ilə oyun Bakı vaxtı ilə saat 16:00-da başlayıb. Oyun "İnter" 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, “İnter” "Samtredia" ilə oyundan sonra  Bakıya qayıdacaq.
 



10 oktyabr

Yoxlama oyunu

16:00. “Samtredia” (Gürcüstün) – “İnter” (Azərbaycan) - 0:2
Qollar: Yohan Bokonyano, 61-pen (0:1), Nizami Hacıyev, 75 (0:2)

Son xəbərlər