Azərbaycan millisinin baş məşqçisi Berti Foqts "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacaqları İtaliya ilə oyundan öncə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Oyunçu vә mәşqçi kimi tez-tez İtaliya ilә görüşmüsüz. İndi qarşıdakı oyun haqda nә düşünürsüz?
- Hәmişә qarşımda sürәtli vә güclü rәqib görmürәm. Fәrdi texnika vә komanda oyununda güclü intizam var.
- Vaqif Cavadov və Mahir Şükürovu yığmaya niyə çağırmadınız?
- Mәnә elә gәlir oyunqabağı belә sual lazım deyil. Amma mәn açıq sözlü adamam vә bunu deyәcәm. Hәr iki oyunçunun fiziki hazırlığı yerindә olmadığı üçün hesab elәdim ki, dәvәt elәmәyim.
- Cavid İmamverdiyev son 2 turda Türkiyənin I dəstəsində qol vurur. O açıqlamasında bildirib ki, yığmadan dəvət gözləmir. Sizcə, bu ümidsizliyə qapılmaqdandır, yoxsa günahı özündə axtarmalıdır?
- Azərbaycan çempionatı sizcə, Türkiyənin aşağı dəstəsindən zəifdir? Ondansa, “Neftçi”, “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran” kimi komandalarda oynayıb Avroliqada çıxış etsə, daha yaxşıdır.
- Frankfurtdakı 5 günlük hazırlıq futbolçulara nə verdi?
- Çox şadam ki, bizim orda hazırlıq keçmək imkanımız oldu. Bundan qabaq mən “Qarabağ”ın “İnter”lə oyununa baxmışdım. Onu deyə bilərəm ki, “Qarabağ”ın oyunçuları tam yüksək səviyyədə deyil. Başa düşmürəm ki, Avroliqada oynayan komandanın çempionatda oyunu niyə görə təxirə salınmalıdır? Biz 4 gün sonra Xorvatiyaya qarşı oynamalıyıq.
- İtaliya kimi komandaya qarşı oynayanda futbolçuların dizləri əsməyəcək ki?
- Biz kişiyik. 18 yaşdan sonra kişi sayılırıq. 20-23 yaşında futbolçu qorxa-qorxa meydana çıxırsa, məncə, o başqa idman növünü seçməlidir. Mən 1,67 boyundayam. Amma hündürboy Matsoliyə qarşı oynamaq imkanım olub.
- İtaliyanın indiki heyәti ilә vә Kontenin futboluyla nә qәdәr tanışsız?
- Konte yaxşı mәşqçidir. Bu yaxınlarda Sankt-Peterburqdakı FİFA konfransında da onunla söhbәtlәşdik. İtaliya yığması onunla daha baxımlı futbol oynayır vә Norveçlә qәlәbә dә bunu sübut edir. İmmobile vә Zaza çox yaxşı futbolçulardır. Balotelliyә baxanda İmmobile yaxşı və fәrqlidir. Mәn onun "Borussiya" (Dortmund) klubunda oyunlarını görmüşәm. Düşünürәm ki, gәlәcәkdә bu futbolçudan xeyli yararlanmaq olar.
- Qarşıdakı oyunlarda yığmamızdan neçә xal gözlәmәk olar?
- Әvvәllər dә demişәm, real baxaq, bu iki oyundan altı xala inanmaq xәyalpәrәstlik olar. Biz qarşımıza belә mәqsәdlәrdәnsә, daha realist olub, İtaliya vә Xorvatiya kimi güclü vә tәcrübәli rәqiblәrә qarşı yaxşı mübarizә göstәrәk, oyunçular әlindәn gәlәni etsin.
- Futbolçularımızın Avropaya çıxış edə bilməməsinin səbəbi nədir?
- Çox yaxşı bir sualdır. Bu haqda saatlarla danışmaq olar. Siz məndən də yaxşı azərbaycanlıların mentalitetini bilirsiniz. Son 3-4 ildə yaxşı oynayan futbolçularımız vardı. Amma pulu düşündülər və indi formalarından aşağıdadırlar. Azərbaycanda gənc futbolçu müəyyən səviyyəyə çatdıqdan sonra pulu düşünür. Halbuki bizdə Avropada oynaya biləcək səviyyədə oyunçular var.
- Bu gün millimizin açıq məşqi var. Amma maraqlıdır ki, bu, “Renso Barbera”da olmayacaq...
- Çünki UEFA-nın qaydalarına əsasən oyunun keçiriləcəyi stadionda bir dəfə məşq etmək olar. Biz də orada dünən məşq keçmişik.
- Siz artıq kifayәt qәdәrdi Azәrbaycanda çalışırsız. Ölkә futboluna bәlәdsiz. Sizcә, niyә Azәrbaycan futbolu xaricә oyunçu ixrac edə bilmir?
- Bu mәnim әn çox danışa bilәcәyim mövzudur. Çünki kifayәt qәdәr böyük problemdir vә ölkә futboluna ciddi tәsir edir. Әn birinci amil ölkәnin mentalitetiylә bağlıdı. Azәrbaycanlı futbolçu maliyyә qarşısında mәğlubdur, o, inkşaf elәmәyi yox, çoxlu pulu düşünür. Siz bir gәnc yerli futbolçu düşünün - ona ölkәnin ortabab, yaxud, iddialı klubu yaxşı pul tәklif edir, bir dә o gәncin xarici klubda az qazanıb, ancaq özünü inkişaf etdirmәk şansı var - sizcә, o hansı variantı seçәr? Mәn ikinci variantı seçәn görmәdim. Hamısı pulu seçir. Belә olmaz. Bәli, ölkәdә Avropada oynaya bilәcәk oyunçular var, onlar legioner olsalar, sәviyyәsi qalxar vә bu milli komandaya da xeyli yaxşı tәsir edər. Ancaq çox qazanmaq istәyi çox öyrənmәkdən üstündür. Frankfurt toplanışına başlamazdan әvvәl ölkә çempionatında dörd gün fasilә olmuşdu. Araşdırsaq, heç bir futbolçunun әlavә, fәrdi mәşq elәdiyini görmәyәcәyik. Amma bu belә olmamalıdır. Avropada, dünyanın inkişaf etmiş futbol ölkәlәrindә bu cürdü. Azәrbaycan futbolunu geri salan, azarkeşlәrin istәdiyi sәviyyәyә qalxmasına mane olan әsas amillәr bunlardır. Heç olmasa gәnc futbolçuları bu tәfәkkürdәn uzaqlaşdırmaq lazımdır.
Mənbə: Futbolpress.az
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?