Türkiyə millisinin futbolçusu Arda Turan zədəli olmasına baxmayaraq, "Avro-2016"nın seçmə mərhələsində Çexiya ilə matçda oynaya bilər.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, sağ ayağının bud nahiyəsində ağrıları olan 27 yaşlı yarımmüdafiəçi sözügedən qarşılaşmada iştirak etmək istədiyini deyib:
"Çexiya ilə matç bizim üçün çox önəmlidir. Buna görə də bu görüşdə oynamaq istəyirəm. Ancaq son qərarı baş məşqçi Fatih Terim verəcək. Mən meydanda olmağı arzu edirəm. Çünki Çexiya ciddi və güclü rəqibdir".
A.Turan türk azarkeşləri onlara dəstək olmağa da çağırıb: "Azarkeş dəstəyinə ehtiyacımız var. Onlar səbirli olsunlar. Çünki biz çətin durumlarda yaxşı nəticələr əldə edə bilən komandayıq. Azarkeşlərin dəstəyi ilə qələbə qazanacağımıza inanıram".
Qeyd edək ki, Türkiyə - Çexiya oyunu sabah keçiriləcək.
Rüfətin komandası uduzdu
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi