"Xəzər Lənkəran" hazırlığa start verdi

"Xəzər Lənkəran" hazırlığa start verdi
XƏBƏR 6 Oktyabr 2014 / 17:01 3186
-  A +

“Xəzər Lənkəran” klubu Azərbaycan milli komandasının "Avro-2016"nın seçmə mərhələsindəki rəsmi oyunları ilə əlaqədar ölkə çempionatında yaranan fasilə müddətində hazırlığa start verib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda dünəndən başlayaraq Lənkərandakı bazasında məşqlərini davam etdirir.

Gündə iki dəfə olmaqla keçirilən məşqlərdə futbolçular gündüz fiziki, axşam çalışmalarında isə taktiki planda məşqçilər korpusunun verdiyi tapşırıqları yerinə yetirir.

Zədəli futbolçulardan Alfred Sanko və Əfran İsmayılov fərdi qaydada məşq prosesinə qoşulsa da, qapıçı Orxan Sadıqlı artıq komanda ilə birgə hazırlıqda iştirak edir.

Xatırladaq ki, hazırda əsas milli komandamızın Almaniyada keçirilən toplanışında “Xəzər Lənkəran”ın 4 futbolçusu - Rahid Əmirquliyev, Rasim Ramaldanov, Rauf Əliyev və ilk dəfə əsas yığmaya çağırılan Ağabala Ramazanov iştirak edir.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq