İtaliyanın “La Repubblica” qəzetinin saytında Ağdamın “Qarabağ” futbol klubu ilə bağlı məqalə yerləşdirilib.
Qol.Az-ın Azərtac-a istinadən yaydığı xəbərə görə, məqalədə qeyd olunub ki, Azərbaycanlı futbolçular daim ermənilər tərəfindən işğal olunmuş, dağıdılmış Ağdam şəhəri haqqında düşünürlər. Dağlıq Qarabağ münaqişəsi başladıqdan bəri “Qarabağ” klubu oyunlarını Bakıda keçirmək məcburiyyətində qalıb. Dünyada ruhlar şəhəri kimi tanınan Ağdamın bu klubu 1951-ci ildə yaradılıb. Bir zamanlar 60 min əhalisi, gözəmeydanları, küçələri və binaları olan bu şəhər indi xarabalığı xatırladır.
Yazıda “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun sözlərinə də yer verilib:
“Ümid edirəm ki, öz doğma şəhərimizdə oyun keçirəcəyimiz gün uzaqda deyil. Mən tez-tez Ağdamla bağlı suallar eşidirəm. Bu, məni məyus etsə də, xarici ölkələrdə tariximizin diqqət mərkəzində olması bizim üçün önəmli haldır”.
Müəllif oxucuların diqqətinə çatdırır ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından qovulan azərbaycanlıların şərəfini təmsil etdiyi üçün “Qarabağ” klubu “xalqın komandası” da adlandırılır. Klubun keçmiş üzvü, futbolçu Allahverdi Bağırov bu münaqişədə şəhid olan Azərbaycan idmançılarından biridir.
Rüfətin komandası uduzdu
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi