"Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun müsahibəsi
- Komandanın ümumi çıxışından razısınız, yoxsa hələ də qeyri-stabillik davam edir?
- Mənə elə gəlir komandamız yavaş-yavaş oyununu tapmağa başlayıb.
- Ancaq ötən tur "Xəzər Lənkəran"la matçda qələbəni qoruyub saxlaya bilmədiniz...
- Futboldur da, olur belə şeylər. "Simurq”la oyunda qalib gəlsək də, oyun daha az görsənirdi. "Neftçi” və "Xəzər Lənkəran”la matçlarda isə mənə elə gəlir ki, daha yaxşı oynadıq. Əsas stabillikdir. Fikrimcə, son iki turda komanda stabil oynamağa başlayıb.
- Komanda özünə gəlmişdi, amma 3 həftəlik fasilə başlayır. Bu komandaya necə təsir edə bilər?
- Bu barədə mətbuatda çox danışılıb. Təbii ki, yaxşı hal deyil. Digər tərəfi də başa düşmək lazımdır. Azərbaycan millisinə dəvət alan futbolçular keyfiyyət baxımından digər ölkələrin futbolçularından geri qalır. Baxmayaraq ki, digər ölkələrin təlim-məşq toplanışları bu qədər uzun çəkmir, nəzərə almaq lazımdır ki, futbolçuları adlı-sanlı klublarda oynayırlar. Bizdə isə elə uşaqlar var ki, zəif komandalarda çıxış edirlər. Onların daha yaxşı hazırlanması üçün hazırlıq toplanışlarına uzun müddət vaxt ayırırlar. Amma sözsüz ki, klub olaraq bu qədər fasilə bizi qane etmir.
- Artıq baş məşqçiniz etirazın bildirib. Bəlkə klub olaraq birləşib birgə bəyanət verilsin ki, belə yerli-yersiz toplanışlar edib klublara problem yaradılmasın?
- Mən yenə deyirəm: Klublar tək ölkə çempionatı və avrokuboklarda nəticə əldə etmək üçün deyil, milli komandaya futbolçular yetişdirməlidir ki, nəticələr olsun. Millinin baş məşqçisi Berti Foqts belə lazım olduğunu AFFA rəhbərliyinə bildiribsə, biz güzəştə getməliyik. Müəyyən şeylər bizi qane etməsə də, bəzi məqamlarda güzəşt etməyə məcburuq.
- Elxan Məmmədov bu yaxınlarda belə fikir səsləndirmişi ki, çempionatda fasilə yarananda klublar narazılıq edir, ancaq üç gündən bir oyun salanda deyirlər yoruluruq. Komandalar yorulursa niyə təlim-məşq toplanışlarına qarşı çıxırlar, yorulmurlarsa niyə üç gündən bir oyuna razı olmurlar?
- Bu, telefonda fikir bildirməklə həll olunası məsələ deyil. Məncə, yaxşı olar ki, AFFA rəhbərliyi klub rəhbərləri və baş məşqçiləri ilə birgə iclas keçirsin və hər kəsi qane edəcək qərar qəbul olunsun. Millinin baş məqşçisi də burada iştirak etməlidir. Qəbul olunan qərarlar ayrı-ayrılıqda narazılıqlar yaradır, onları bir yerdə müzakirə edib, yekun qərara gəlmək lazımdır ki, bu hallar təkrarlanmasın. Bütün problemləri aradan qaldırmaq üçün görüşə ehtiyac var.
- Bunu təklif kimi irəli sürürsünüz?
- Məncə, belə olması daha məqsədəuyğun olar. Fikirləri ayrı-ayrılıqda yazmaqla bu məsələ həll olunmur.
- Yerli futbolçularınızın hazırlıq səviyyəsindən razısınız? Sizcə, Tətbiq olunmuş yeni limit nəticə verəcək?
- Çempionat başlayandan əsas heyətdə oynayan 5 yerli futbolçumuz var: Ruslan Abışov, Ruslan Əmircanov, Ürfan Abbasov, Cavid Hüseynov, Kamran Ağayev. Ürfanı çıxmaqla əksəriyyəti tam hazırdır. Son oyunda Abışov və Əmircanovun çıxışları çox xoşuma gəldi. Bəlkə də yavaş-yavaş komandaya uyğunlaşırlar deyə, formaya düşürlər. Son turda eləcə də bizim akamediyanın yetirməsi Elvin Camalov 90 dəqiqə oynadı və yaxşı oyun nümayiş etdirdi. Akademiyamızın yetirməsi olan başqa uşaqlar da var. Məni daha çox sevindirən öz yetirmələrimizin əsas heyətə düşməsidir.
- Ruslan Abışov son oyunda 90 dəqiqə oynayıb, lakin bu gün AFFA xəbər yayıb ki, o, zədələndiyi üçün millidən kənarlaşdırılıb.
- Ola bilər məşqlərdə nəsə olub. Oyunda heç bir problem yox idi. Məlumatım yoxdur.
- Məgər oyundan sonra komandanız istirahətə buraxılmayıb?
- Oyundan bir gün sonra bərpaedici məşq olub. Orada isə elə də gücə salınmır, daha çox qaçış olur. İnanmıram ki, məşqdə zədə alsın. Dəqiqləşdirmək lazımdır. Komanda istirahətə buraxıldığından, xəbərim yoxdur.
Mənbə: Sportnet.az
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"