"Qalatasaray" klubunun baş məşqçisi Çezare Prandelli komandanın kapitanı Səlçuk İnanla aralarında problem yaşanmaları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis təcrübəli futbolçu ilə problem yaşamadığını deyib:
"Arsenal"la oyundan öncə Səlçuk İnanın heyətdən çıxarılmasının səbəbini açıqladım. Lakin Türkiyənin tanınmış qurumlarından birinin rəsmi saytında bu xəbər təhrif olundu. Hətta xəbərlə bağlı geniş müzakirələr edildi. Lakin Səlçuk İnan da xəbərə münasibət bildirərək belə şeyin olmadığını söylədi. Təəssüf ki, Səlçukun fikirləri mənə cavab kimi yazıldı. Mənim Səlçuku heyətdən sildiyim kimi xəbərlər yayıldı. Ancaq bir daha deyirəm, onunla problemim yoxdur".
İstefa verəcəyi ilə bağlı xəbərlərə də münasibət bildirən Prandelli bu haqda belə deyib: "İstefa verməyəcəm. İşləmək, qələbə qazanmaq arzumu heç vaxt itirmədim. Mən, heyətim və futbolçularım nəticələri düzəltmək üçün var gücü ilə çalışacaq. Bura gəldiyim ilk gündən bəri mənə "Qalatasaray"ın əsas gücünün birlik olduğunu dedilər. Azarkeşlərimizin bu birlik üçün bizə sonadək dəstək verəcəklərinə şübhəm yoxdur".
TNS - "Sabah": Heyətlər
"Sabah" TNS-ə qarşı
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı