Türkiyə millisi və "Trabzonspor" klubu ciddi itki ilə üzləşib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Trabzonspor"un qapıçısı Onur Kıvrak zədələnərək sıradan çıxıb.
Avropa Liqasının qrup mərhələsinin II turunda "Legiya" ilə keçirilən oyunda (0:1) sol dizindən zədələnən futbolçunun son durumuna aydınlıq gəlib. Təcrübəli qolkiperin həkimi Kıvrakın 6 ay yaşıl meydanlardan kənarda qalacağını bildirib:
"Matçın gedişində Onurun sol dizində problem olduğu üzə çıxdı. Bu gün aparılan tibbi müayinədən sonra qapıçının sol diz ön çarpaz bağlarında qopma aşkar edildi. Bu səbəbdən O.Kıvrak əməliyyat olunmalıdır. Əməliyyat yaxşı keçəcəyi təqdirdə qapıçı 6 ay sonra məşqlərə başlaya biləcək".
Bununla da, 26 yaşlı qolkiper bu il "Avro-2016"nın seçmə mərhələsində Türkiyə millisinə, Avropa Liqasının oyunlarında isə "Trabzonspor"a kömək edə bilməyəcək.
TNS - "Sabah": Heyətlər
"Sabah" TNS-ə qarşı
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı