Azərbaycan Futzal Federasiyasının baş katibi Mahmud Sadıqov millli komandamızın baş məşqçisi Joze Alesio da Silvanın ölkəmizdən qaçdığını təsdiqləyib.
Qol.Az-ın azfutzal.com saytına istinadən yaydığı xəbərə görə, M.Sadıqov braziliyalı mütəxəssisin Bakıdan Qazaxıstana uçduğunu Heydər Əliyev Beynəlxalq Hava Limanından öyrəndiklərini bildirib.
O, baş məşqçinin hərəkətini etikadankənar adlandırıb: "Joze Alesio gedişinin səbəbləri barədə heç kimə söz deməyib. Sadəcə, əşyalarını yığıb və gedib. Əlbəttə, bu, qeyri-etik hərəkətdir. Belə ağır məqamda klubu və yığmanı atmaq... Artıq AFFA-nın baş katibi Elxan Məmmədovu baş verənlərdən məlumatlandırmışıq. O, ən yaxın müddətdə Qazaxıstan Futzal Federasiyası ilə əlaqə quracaq. Joze Alesionun AFFA ilə müqaviləsi müvafiq instansiyalara təqdim olunacaq. AFFA-nın braziliyalı baş məşqçinin diskvalifikasiyasına nail olacağı istisna deyil".
Sadıqov yığmamızın baş məşqçi postuna namizədlərin siyahısının ən yaxın müddətdə müəyyənləşəcəyini əlavə edib.
Qeyd edək ki, Joze Alesio da Silvanın Qazaxıstan "Kayrat"ına baş məşqçi təyin olunacağı bildirilir.
Rüfətin komandası uduzdu
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi