"Bu, hələ son deyil" - Qurban Qurbanov

"Bu, hələ son deyil" - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 3 Oktyabr 2014 / 03:14 11908
-  A +

"Məğlubiyyətə üzülmədim. Futbolda belə halların olması normaldır. Biz meydanda böyük səhvlər etdik. Bəzi futbolçular mənim tapşırığımı yerinə yetirmədi".

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində məğlub olduqları "İnter"lə görüşdən sonra deyib.

Təcrübəli mütəxəssis "İnter"lə Bakıdakı cavab görüşündə fərqli oyun sərgiləyəcəklərini bildirib: "Bəlkədə çoxları düşünürdü ki, bu gün "Qarabağ" müdafiə oyunu sərgiləyəcək. Amma biz bunu etmədik, topu özümüzdə saxlamaqla hücum qurmağa çalışdıq. İki real qol şansımız oldu, ancaq bunlardan yararlana bilmədik. Bu, hələ son deyil. Qarşıda bizi "İnter"lə cavab oyunu gözləyir. Bu oyunda Avropa nəhənginə qarşı etdiyimiz səhvləri analiz edib, Bakıdakı oyunda daha fərqli oyun sərgiləyəcəyik".

Qeyd edək ki, qrupdakı ilk oyununda evdə "Sent-Etyen"lə 0:0 bərabərə qalan "Qarabağ" ikinci matçında səfərdə "İnter"ə uduzub - 0:2.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu