"Finala yüksələcəyimizə inanıram" - Arda Turan

"Finala yüksələcəyimizə inanıram" - Arda Turan
XƏBƏR 2 Oktyabr 2014 / 20:02 3280
-  A +

"Çempionlar Liqasında finala yüksələcəyimizə inanıram. Bundan başqa, İspaniya La Liqasını və İspaniya kubokunu da qazanmağa çalışacağıq. Heç kəs "Atletiko" bu matçın favoriti deyil" deyə bilməz. Çünki biz bütün komandaları məğlub edə biləcək gücdəyik".

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Atletiko"nun futbolçusu Arda Turan Çempionlar Liqasının qrup mərhələsində "Yumvetus"a qalib gəldikləri matçdan (1:0) sonra deyib.


Madrid klubundan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirən A.Turan qeyd edib:

"Atletiko"dan ayrılmaq üçün heç bir səbəb görmürəm. Avropanın ən yaxşı komandalarından birinin şərəfini qoruyuram".

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner