İtaliya futbolunun əfsanəsi "İnter"ə xəbərdarlıq etdi: "Sakit, diqqətli, cəsarətli olun!"
Sabah Avropa Liqasının qrup oyununda İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq Ağdamın “Qarabağ” klubu Milandakı “DoubleTree by Hilton” otelində məskunlaşıb. Lent.az saytının əməkdaşı Səbuhi Məmmədli dünən oteldə olub. “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov əməkdaşımıza verdiyi açıqlamada, futbolçuların əhval-ruhiyyəsinin yüksək olduğunu bildirib.
İtaliyanın nüfuzlu “La Qazzetta dello Sport” nəşri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan geniş müsahibə götürüb.
“Qarabağ”ın dünən məşqə çıxdığı stadionun öt örtüyü bərbad vəziyyətdə idi. Bundan başqa, stadionun əməkdaşları baş məşqçi Qurban Qurbanovu içəri buraxmaq istəmirdilər. Qurban Qurbanovun üzərində sənədinin olmaması səbəb kimi göstərilirdi. Qısa müddət ərzində yaranmış problem həll olundu və Qurban Qurbanov stadiona buraxıldı.
İtaliyanın məşhur idman jurnalisti Matteo Breqa “La Qazzetta dello Sport” qəzetində “İnter”in hazırkı vəziyyəti ilə bağlı geniş məqalə yazıb və Milan klubunu oynadığı ənənəvi 4-3-2-1 taktiki sxemindən imtina etməyə çağırıb. M.Breqa “İnter”in “Qarabağ”la oyuna bu sxemlə çıxacağı təqdirdə uğursuzluğa düçar olacağını yazıb.
İtaliyanın “Radio101” radiosunda qonaq olan İtaliya futbolunun əfsanəsi Sandro Massola “İnter”də lider futbolçunun olmamasından gileylənib. S.Massola “İnter”li futbolçuları “Sakit, diqqətli və cəsarətli olun!” şüarı ilə meydana səsləyib. Qeyd edək ki, İtaliya “A seriya”sının sonuncu turunda evdə “Kalyari”yə 1-4 hesabı ilə məğlubiyyət “İnter” və tərəfdarlarını təşvişə salıb.
“İnter”in düşərgəsindən gələn xəbərlərə görə, Nemanya Vidiç, Mateo Kovaçiç, Dodo və Conatan zədəlidir.
“Cüzeppe Meatsa”da komandamıza Romada təhsil alan tələbələr, “Avropa İmarət” fanklubunun üzvləri və Milanda yaşayan azsaylı azərbaycanlılar dəstək olacaq. Stadiona 40 mindən çox azarkeşin gələcəyi gözlənilir.
Sabaha axşam havanın mülayim keçəcəyi, yağış yağmayacağı deyilir.
Səbuhi MƏMMƏDLİ,
Lent.az saytı
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi