Bu gün “Neftçi”yə yeni vitse-prezident təyin edilən Elnur Məmmədov buna qədər AFFA-da çalışıb. Klubun mətbuat xidmətindən Qol.Az-a bildirilib ki, o, AFFA-nın İnfrastruktur və İT üzrə direktoru işləyib, UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin üzvüdür. E.Məmmədov bir müddəf AFFA-nın Akademiyasının meneceri vəzifəsində də işləyib.
Publika.az saytının xəbərinə görə isə o, ötən il Bakıda hərbçilər arasında keçirilən 1-ci dünya çempionatının təşkil olunması və keçirilməsini təmin etdiyi üçün Müdafiə Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilib.
Elnur Məmmədov həmçinin AÇ-2020-nin təşkilində Bakının namizədliyinin təbliği üzrə yaradılan İşçi Qrupun 7 üzvündən biri olub. O, bəzi rəsmi beynəlxalq matçlarda fan-klubla iş üzrə əlaqələndirici şəxs rolunu oynayıb, daha dəqiqi AFFA-nın Fan-klublar üzrə koordinatoru olub.
Bununla yanaşı, Məmmədov Azərbaycandan keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının yerli Təşkilat Komitəsinin üzvü və federasiyanın Lisenziyalaşdırma Qrupunun İnfrastuktur meyarları üzrə eksperti postunu da tutub.
Rüfətin komandası uduzdu
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi