"Əlbəttə ki, oyuna start heyətdə çıxmağım mənim üçün çox sevindirici, bir o qədər də məsuliyyətli idi. Hər oyuna çıxanda üzərimdə çox məsuliyyət hiss edirəm. İstər əsas heyətdə olsun, istərsə də sonradan meydana daxil olanda".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Elvin Camalov klubun rəsmi saytına açıqlamasında deyib.
Gənc futbolçu əsas heyətdə möhkəmlənmək üçün bütün gücünü ortaya qoyacağını bildirib: "Düzdür, oyun təcrübəsinə çox ehtiyacım var. Bunun üçün də hələ çox oynamalı, üzərimdə çalışmalıyam. “Xəzər Lənkəran”la oyuna ciddi hazırlaşmışdıq. Bizi qələbədən 5-6 dəqiqə ayırdı. Bu oyuna 3 xal üçün çıxmışdıq. Çox istəyirdik ki, qalib gələk. Amma qismət olmadı. Əsas heyətdə möhkəmlənmək üçün gücümü, bacarığımı ortaya qoymalıyam. Bunun üçün mənə verilən şanslardan maksimum yararlanmalıyam".
Qeyd edək ki, Premyer Liqanın 7-ci turunda "Xəzər Lənkəran"la oyun (1:1) Elvin Camalov üçün əlamətdar olub. 19 yaşlı yarımmüdafiəçi əsas komandada ilk yubileyini qeyd edib. 10-cu matçına çıxan yarımmüdafiəçi cari çempionatda ilk, Premyer Liqada 2-ci, karyerasında 4-cü dəfə matça start heyətində başlayıb. Lakin əvvəlki 3 belə oyundan fərqli olaraq bu dəfə əvəzlənməyib.
TNS - "Sabah": Heyətlər
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"