Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov "Avro-2016"nın seçmə mərhələsində İtaliya və Xorvatiya ilə səfər görüşlərində komandamıza kömək edə bilməyəcək.
Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçu zədə səbəbindən qarşıdakı oyunları buraxmalı olacaq.
R.Sadıqov bu səbəbdən yığmanın bu gün açıqlanan heyətində də yer almayıb. Lakin futbolçu "Qarabağ"la birgə bu gün İtaliyaya yola düşüb. Onun Avropa Liqasının qrup mərhələsində "İnter"lə oyunda meydana çıxacağı real görünmür.
Qeyd edək ki, oktyabrın 2-də, Milanda keçiriləcək "İnter" - "Qarabağ" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.
Əlavə edək ki, "Avro-2016"nın seçmə mərhələsində oktyabrın 10-da Palermoda İtaliyanın qonağı olacaq millimiz, 3 gün sonra səfərdə Xorvatiya ilə qarşılaşacaq.
TNS - "Sabah": Heyətlər
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi