Əsgər Abdullayev: “Oyuna sonradan girən futbolçular özlərini doğrultmadılar”
“Oyun çətin keçdi və bunun belə olacağını gözləyirdik. İlk hissədə Sergey Laşenkovun zədələnməsi və erkən əvəzləməyə əl atmağımız bütün planlarımızı pozdu” Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün Azərbaycan Premyer Liqasının V turunda “Bakı”ya məğlub olan “Olimpik-Şüvəlan”ın baş məşqçisi Əsgər Abdullayev oyunsonrası təşkil olunan mətbuat konfransında deyib O, əvəzləmədən sonra meydana çıxan futbolçularının göstərdiyi oyundan da razı qalmadığını bildirib: “Müdafiədə səhvlərə yol verdik. Nəticədə qol buraxdıq. Oyunun axarını dəyişmək üçün çox çalışdıq. Amma təəsssüf ki, əvəzləmədən meydana buraxdığım futbolçular özlərini doğrulda bilmədilər”