"Bakı" 133 gün sonra sevindi

"Bakı" 133 gün sonra sevindi
XƏBƏR 29 Sentyabr 2014 / 12:22 1819
-  A +

“Bakı” qələbəsiz oyunlar seriyasına son qoyub.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, cari mövsümdə qələbə qazanmayan yeganə komanda olan paytaxtın eyniadlı təmsilçisi VII turun “Araz-Naxçıvan”la qarşılaşmasında 3 xal əldə edib – 2:1.
 
Sonuncu qələbəsini ötən mövsümün axırıncı turunda əldə edən bakılılar mayın 17-də “Rəvan”a qalib gəlmişdi – 3:2. Növbəti çempionat qələbəsini 133 gün gözləyən “Bakı” bu müddətdə 5 uğursuz matç keçirmişdi.

Bu qarşılaşmalarda cəmi 1 xal qazanan paytaxt təmsilçisinin mövsümdəki ilk qələbəsi həm də baş məşqçi İbrahim Uzunca üçün əlamətdar olub. Türkiyəli mütəxəssis Premyer Liqada ilk dəfə 3 xala sevinib.

Son xəbərlər
topaz banner